...

"Xəzər-Lənkəran" UEFA kuboku çərçivəsində polşanın "Lex" klubuna uduzdu

Cəmiyyət Materials 18 İyul 2008 00:11 (UTC +04:00)
"Xəzər-Lənkəran" UEFA kuboku çərçivəsində polşanın "Lex" klubuna uduzdu

Azərbaycan, Bakı, 17 iyul/ Trend / Tofiq Bəhrəmov adına Respublika stadionunda UEFA kuboku çərçivəsində azərbaycanın "Xəzər-Lənkəran" klubu və polşanın "Lex" klubu arasında oyun keçirilmişdir.

Oyunu Şotlandiyadan hakimlər briqadası idarə edirdi. Meydanın hakimi Kelum Mürrey təyyin olunmuşdur. Hakim-inspektor makedoniyalı Anqel Bunqurov idi.

Cavab görüşü 31 iyul Polşada keçiriləcək.

Oyunun birinci yarsı hər iki komandanın oyunçularının aktivliyi ilə yadda qaldı. Hər ikİ tərəf qarşı tərəfə keçərək qol vurmaq istəyirdilər.

Oyunun birinci yarsı heç-heçə başa çatdı.

76-cı dəqiqədə Robert Levandovski oyunda hesabı açdı. Hesab 1:0 "Lex" komandasının xeyrinə oldu.

Oyunun qurtarmasına bir neçə dəqiqə qalmış "Xəzər-Lənkəran" klubunun oyunçuları rəqib qapısı qarşısında təhlükəli anlar yaratdı.

Əsas vaxtın bitməsindən sonra, hakim 3 dəqiqə vaxt əlavə etdi.

Oyunun sonuna dək hesab dəyişməz qaldı. Oyun 1:0 "Lex" komandasının xeyrinə başa çatdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti