...

Futbol üzrə Azərbaycan Premyer-Liqasında püşkatmanın tarixi məlum olub

Cəmiyyət Materials 25 İyul 2008 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının 2008-2009-cu il mövsümünün püşkatmasının keçiriləcəyi tarix məlum olub. Bu barədə cümə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan Premyer-Liqasının 2008-2009-cu il mövsümü üçün püşkatma iyulun 30-da, AFFA-nın inzibati binasında keçiriləcək. Püşkatma mərasimi saat 12.00-da başlayacaq.

Futbol üzrə Azərbaycan Premyer-Liqasında 14 klub iştirak edir.

Azərbaycanda 2008-2009-cu il futbol mövsümünün startı avqust ayının 9-da veriləcək.

Bu ildən etibarən, Premyer-Liqanın oyunları Azərbaycan Peşəkar Futbol Liqasının nəzarəti altında keçirilməyə başlayacaq. Əvvəllər çempionatın keçirilməsinə AFFA nəzarət edirdi.

Xəbər lenti

Xəbər lenti