...

Serqey Bezrukov Bakıya gəlir

Cəmiyyət Materials 25 İyul 2008 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /TrendLife Eldar Hüseynzadə/

Avqustun 29-da Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Rusiyanın xalq artisti Sergey Bezrukovun yaradıcılıq gecəsi təşkil olunacaq. "Procent" prodüsser mərkəzindən TrendLife-a verilən məlumata görə bizi unudulmaz gecə gözləyir. S. Bezrukov mahnı ifa edəcək, şerlər və monoqlar oxuyacaq ən əsası isə tamaşaçılarla ünsiyətdə olacaq. Bu akytorun Azərbaycana sayca üçüncü səfəridir. İlk dəfə Bakıda 2004-cü ildə "Tamah", 2005-ci ildə isə "Kaftar" tamaşası ilə çıxış edib.

Bezrukov üçün Bakı növbəti qastrol şəhəri deyil. Bakıda olarkən Mərdəkan qəsəbəsini və Yeseninin ev muzeyini ziyarət edib.

Bakıda verdiyi konsertdən sonra Bezrukov Rusiyaya dönüb, çəklişlərə başlayacaq. Gecənin informasiya dəstəyi TrendLife-dır.

Xəbər lenti

Xəbər lenti