...

Azərbaycanın bəstəkarlıq məktəbinin 100 illiyi beynəlxalq səviyyədə qeyd ediləcək

Cəmiyyət Materials 28 İyul 2008 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Bakıda sentyabrın 16-sı və 17-də Azərbaycanın bəstəkarlıq məktəbinin 100 illiyinə həsr olunacaq iri beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. TrendLife-ın verdiyi məlumata görə, bu tədbir Azərbaycanda 18 sentyabrda qeyd olunan Musiqi Günü ərəfəsində təşkil olunacaq. Tədbir Dövlət Musiqi Mədəniyyəti Muzeyi tərəfindən təşkil olunacaq. "Konfrans "Azərbaycanın bəstəkarlıq məktəbinin öyrənilməsi: dünən və bugün" adı altında keçiriləcək. Biz tədbirə nəinki Azərbaycandan olan musiqişünasları, bəstəkarları dəvət etmişik, həmçinin Rusiyadakı mütəxəssislərlə də danışıqlar aparırıq". Bu sözləri TrendLife-a Musiqi Mədəniyyət Muzeyinin direktoru Alla Bayramova söyləyib.

Konfransda əməkdar incəsənət xadimi Sərdar Fərəcov, "Açıq cəmiyyət" institutunun mədəniyyət və incəsənət proqramları üzrə direktoru Cahangir Səlimxanov, mədəniyyətşünaslıq kandidatı Nataliya Dadaşova, əməkdar incəsənət xadimi Alla Bayramova, BMA-nın professoru Şəhla Mahmudova çıxış edəcəklər. Qonaqlar arasında Rusiya bəstəkarlar ittifaqının üzvü Rauf Fərhadovun da olacağı gözlənilir.

Müəlliflə əlaqə yaratmaq üçün elektron ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti