...

Azərbaycanlı gimnast İrkutskda keçirilən Dünya Kubokunda "bürünc" qazanıb

Cəmiyyət Materials 28 İyul 2008 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul/ Trend / Pekində keçiriləcək Olimpiya Oyunlarının gələcək iştirakçısı Dinara Gimatova İrkutskda keçirilən Bədii Gimnastika üzrə Dünya Kubokunda bürünc mükafatçı olub.

Azərbaycanın Gimnastika Federasiyasının verdiyi məlumata görə, o, bürünc medalı 17.575 toplayaraq, finalda lentlə hərəkətlərdə qazanıb. Gimatova halqa və gürzlərlə çıxışlarda isə 7-ci olub.

Olimpiadaya biletin digər sahibi Aliyə Qarayeva da ən yaxşı nəticəni lentlə finalda göstərib - 6-cı yer (16.675 bal). İplə hərəkətlərdə o, 7- ci, halqa və gürzlə isə, Dünya Kubokunun 8-cisi olub. Həm çoxnövçülük, həm də ayrı-ayrı növlərdə rusiyalı Yevgeniya Kanayeva qalib olub. Əksər xarici mütəxəssislər məhz Kanayevanı yeni Olimpiya çempionu kimi görürlər. Gimatovanın sözlərinə görə isə, bu turnir Aliyə və onun üçün Olimpiya oyunları ərəfəsində son turnir olub.

"Əlbəttə, Oyunlar ərəfəsində uğurlu çıxış Pekin qarşısında mənə böyük əminlik verəcək - axı bu mənim ilk Olimpiadamdır. Bizim üçün başlıcası sağlamlıqdır. Hazırda bizi Aliyə və ehtiyat Anna Qurbanova ilə Yaponiyada son hazırlıq mərhələsi gözləyir. Biz iyulun 31- dən avqustun 16 - dək orada olacağıq. Püşkə əsasən, kvalifikasiyanın birinci günündə Aliyə 8 nömrə altında çıxış edəcək. Bizim qrup komandasından olan rəfiqələrimiz də iplə meydana səkkizinci çıxacaqlar. Bu rəqəm isə, bildiyiniz kimi ,Pekin Olimpiadasının açılış günü və ayı ilə üst-üstə düşür. Beləliklə, ümid edirəm ki, bu rəqəm həm təşkilatçılara, həm də bizə uğur gətirəcək!", - Gimatova bildirib.

Azərbaycanın Olimpiya yığmasının digər üzvləri - Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorina qrup komandaları üçün Varnada keçirilən Dünya Kuboku mərhələsində iştirak ediblər. Çoxnövçülükdə qızlar 4 - cü (32.159 bal), finalda 5 ip və 3 halqa, 4 gürzlə beşinci olublar. Kubokun sahibləri bolqar gimnastlarıdır. Qurp Oyunlara hazırlığının son mərhələsini Masallıdakı Olimpiya İdman Kompleksində keçirəcək. Ölkənin cənubunda təlim-məşq toplantıları iyulun 31- də start götürəcək və iki həftə - avqustun 14 - dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti