...

Astara sakini imtahansız M.Lomonosov adına MDU-nun tələbəsi olmağa layiq görülüb

Cəmiyyət Materials 29 İyul 2008 01:59 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva / Kimya üzrə Dünya Olimpiadasının Gümüş medalçısı həmyerlimiz Sadıq Ağazadə imtahan vermədən M.Lomonosov adına MDU-ya qəbul olunub. O, indiyədək bu ali təhsil olcağının kimya fakültəsinə daxil olan 19- cu azərbaycanlıdır.

Astara şəhər sakini Sadıqın 18 yaşı var. 6- cı sinfə qədər Astarada iki saylı orta məktəbdə təhsil alıb. 7-8 ci siniflərdə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oxuyub. Onu həmyaşıdlarından fərqləndirən dəqiq elmlərə olan marağıdır. Bakıdakı 160 nömrəli klassik gimnaziyanı fərqlənmə attestatı ilə bitirən Sadıq qısa müddətdə bir çox uğurlara imza atıb. 9, 10 cu siniflərdə oxuyarkən respublika fənn olimpiadasının bürünc və gümüş medallarına layiq görülüb. Təkcə bu il,o, kimya üzrə üç olimpiadaya qoşulub. Respublika fənn olimpiadasında qızıl medal, bu ilin aprelində Daşkənddə keçirilən 42-ci Benəlxalq Mendeleyev Olimpiadasında bürünc, iyulda isə Budapeşt şəhərində kimya fənni üzrə Dünya Olimpiadasında gümüş medal qazanıb.

Sadıq Ağazadə Dünya Olimpiadasında iştirak edən 64 ölkənin əksər ali məktəblərindən təhsilini davam etdirməyə dəvət alıb. Lakin həmyerlimiz M.Lomonosov adına MDU-ya üstünlük verib. O, qəbul imtahanlarını vermədən dünya şöhrətli bu ali məktəbin tələbəsi olub. Uğurlarında müəllimlərinin və atasının böyük rolunun olduğunu vurğulayan Sadıq Kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin yolunu davam etdirmək istədiyini deyir.

Böyük qardaşı Elvin Turkiyədə,bacısı Leyla isə Xəzər Univresitetində təhsil alır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti