...

Azərbaycanın "Qarabağ" klubunun düşərgəsinə bolqarıstanlı futbolçu gəlib

Cəmiyyət Materials 29 İyul 2008 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı 29 iyul / Trend , müxbir R.Ergün/ Bu gün Azərbaycanın "Qarabağ" klubunun düşərgəsinə Bolqarıstandan olan futbolçu gəlib. Bu barədə çərşənbə axşamı Trend -a "Qarabağ" klubunun mətbuat xidməti məlumat verib.

Azərbaycan klubunun baxışdan keçirmək üçün Bakıya dəvət etdiyi bolqar futbolçunun - Stoyko Marinovun 19 yaşı var. O, hücumçu mövqeyində çıxış edir.

Əvvəllər Bolqarıstanın ÇSKA klubunda çıxış etmiş futbolçu öz ölkəsinin yığma komandasının heyətində dörd oyunda meydana çıxıb.

Mətbuat xidmətinin məlumatına görə, "Qarabağ" komandası,Marinovdan başqa, daha bir hücumçu ilə müqavilə bağlayacaq.

"Qarabağ" klubunun baş məşqçisi Türkiyədən olan Rasim Karadır.

Xəbər lenti

Xəbər lenti