...

Azərbaycanın "Xəzər-Lənkəran" klubu transferə çıxardığı iki futbolçu ilə bağlı qərarını dəyişib

Cəmiyyət Materials 7 Avqust 2008 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" klubu transferə çıxardığı iki futbolçu - Zaur Ramazanov və Mahir Şükürovla bağlı qərarını dəyişib. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

"Xəzər-Lənkəran"ın Türkiyədən olan yeni baş məşqçisi Rasim Kara Ramazanovla Şükürovun transferə çıxarılmasını tələb etsə də, sonradan hər iki futbolçunun klubda saxlanılması qərara alınıb.

Ramazanov hücumçu, Şükürov isə müdafiəçi mövqeyində çıxış edir.

Klubun mətbuat xidmətinin məlumatına görə, Şükürov və Ramazanovdan fərqli olaraq, Elmar Baxşiyevin "Xəzər-Lənkəran"da qalmayacağı dəqiqləşib.

Baxşiyevin "Qarabağ"la müqavilə bağlayacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti