Azərbaycan, Gəncə, 25 avqust / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr) Gəncə şəhərinin şadlıq evlərində ərzağın keyfiyyətini yoxlamaq məqsədilə reydlər keçirilir. Bu barədə bazar enrtəsi Trend -a Gəncə şəhər Gigjiyena və Epidemiologya Mərkəzinin Qidalanma bölməsinin müdiri Kərim Rəhimov məlumat verib.
Trend -un arayışı: Avqustun 20 -dəTovuz rayonuAşağı Öysüzlü kəndində keçirilən toy şənliyi zamanı soyuq yeməklərin düzgün hazırlanmaması və saxlanılaması ucbatından 147 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Rəhimovun bildirdiiynə görə, şəhərdəki 26 şadlıq evinin əksəriyyətində reydlər başa çatıb.
"Reydlər zamanı biz tez xarab olan yeməklər və salatların hazırlanması qaydalarına nəzarət etdik. Qidaların saxlanıma şəritinin hansı səviyyədə olması ilə maraqlandıq. Bəzi şadlıq evlərinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib. Bu xəbərdarlığa əməl olunmazsa, onlar haqında daha ciddi tədbirlər görəcəyik" - deyə bölmə müdiri bildirdi.
Rəhimov onu da deyib ki,Tovuz rayonunda baş verən zəhərlənmə faktının Gəncədə təkraralanmaması üçün belə reydlər mütəmadi keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]