...

Azərbaycan dünyaya fiziki və mənəvi güc nümayiş etdirib – Heydər Əliyev Fondunun prezidenti

Cəmiyyət Materials 2 Sentyabr 2008 16:05 (UTC +04:00)
Azərbaycan dünyaya fiziki və mənəvi güc nümayiş etdirib – Heydər Əliyev Fondunun prezidenti

Azərbaycan, Bakı, 02 sentyabr/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan Pekində keçirilən Olimpiya Oyunlarında dünyaya fiziki və mənəvi güc nümayiş etdirib,- Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çərşənbə axşamı Olimpiya Oyunlarının qaliblərli ilə görüşdə bildirib.

"Olimpiada Azərbaycan üçün uğurlu olub. Dövlət himni səslənərkən biz idmançılarımıza görə böyük qürur hissi keçirdik", - Mehriban Əliyeva bildirib.

Onun sözlərinə görə, idmanın inkişafı dövlətin başlıca prioritetlərindən biridir. Hər Olimpiya oyunlarında ən yaxşı nəticə göstərmiş azərbaycanlı idmançıların sayı artır. Azərbaycanlı idmançıların xidmətləri dövlət və Milli Olimpiya Komitəsi tərəfindən yüksək qiymətləndirilir. Fondun prezidenti bildirib ki, Heydər Əliyev Fondu Olimpiada mükafatçılarına təqaüdlər verməyi qərara alıb. Azərbaycanın müstəqillik dövrü ərzində bütün Olimpiya oyunlarında mükafat qazananlar təqaüd alacaqlar, -Mehriban Əliyeva bildirib.

Azərbaycanın birinci xanımı sağlam həyat tərzi və idmanın təbliği üçün Olimpiya mükafatçılarının gənclərlə, uşaq evlərində və internatlarda tərbiyə alan uşaqlarla görüşünün vacibliyini qeyd edib.

Azərbaycan idmancıları Pekin Olimpiadasında bir qızıl, iki gümüş, dörd bürünc medal qazanıblar. Azərbaycan Olimpiadada əldə edilən medalların sayına görə 29-cu, keyfiyyətinə görə isə 39-cu yeri tutub.

Heydər Əliyev Fondu 2004 - cü il martın10 - da yaradılıb. Onun məqsədi Ümumilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəsillərin onun yaratdığı milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsi; elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində proqram və layihələrin həyata keçirilməsi; dini tolerantlığın bərpası, vətəndaş cəmiyyətinin qurulmasına yardım; inteqrasiya və dünya qloballaşması prosesində milli -mənəvi dəyərlərin qorunması və saxlanılmasıdır.

Heydər Əliyev Fondu indiyədək təhsil sahəsində, böyüyən nəslin sağlamlığının, mədəni irsin qorunması və digər sahələrdə onlarla layihə həyata keçirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti