...

Azərbaycan - Rusiya sərhədində silahlı müqavimət göstərən dini qrup bölgədə gərginlik yaratmaq istəyir - Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinin rəhbəri

Cəmiyyət Materials 2 Sentyabr 2008 16:55 (UTC +04:00)
Azərbaycan - Rusiya sərhədində silahlı müqavimət göstərən dini qrup bölgədə gərginlik yaratmaq istəyir - Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinin rəhbəri

Azərbaycan, Xaçmaz, 02 sentyabr / Trend , müxbir A.Qafarov/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsi Rusiya ilə sərhəddə radikal dini qruplaşmalara qarşı aparılan əməliyyatlara aydınlıq gətirib.

"Meşə qardaşları" dini təşkilatı Gürcüstan hadisələrindən sonra Dağıstanda gərginlik yaradıb. Daha sonra Azərbaycan ərazisinə keçərək, müəyyən gərginlik yaratmaq istəyiblər" - çərşənbə axşamı Trend -a Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinin rəhbəri Eynulla Nurullayev bildirib.

Azərbaycanın şimal bölgəsində yerləşən (paytaxt Bakıdan 220 km aralıda) Qusar rayonu ərazisində avqustun 30 - da Daxili Qoşun hissələrinin radikal dini qruplara qarşı keçirdiyi əməliyyatla bağlı cinayət işi açılıb.

Baş Prokurorluqdan bazar ertəsi Trend -a verilən məlumata görə, faktla bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120) maddəsi ilə cinayət işi açılıb.

Baş Prokurorluqdan hadisənin təfərrüatları barədə əlavə məlumat verilmir.

Qeyri-rəsmi məlumatlara görə, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən vəhhabilərlə qarşı əməliyyat keçirilib.

Qusar rayon prokuroru Vamiq Əsədov Trend -a bildirib ki, hadisə zamanı Daxili Qoşunların bir əsgəri öldürülüb. Prokuror hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyib. O, hadisənin kim tərəfindən törədildiyinin məlum olmadığını, hadisəni törədən şəxsin qaçdığını deyib.

Öldürülən əsgər Bakının Binəqədi rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış, müddətdən artıq hərbi xidmətdə olmuş 23 yaşlı Əli Yolçuyevdir.

Daxili Qoşunların mətbuat xidmətindən həmin ərazidə əməliyyat keçirildiyi təsdiqlənib. Lakin hadisə ilə bağlı əlavə məlumat verilmir.

Onun sözlərinə görə, həmin dini qruplaşmanın fəallarının Dağıstan ərazisindən Azərbaycan tərəfinə keçdiyi ehtimal olunur. "Hazırda Rusiya ilə sərhəddə əməliyyat davam etdirilir" - Nurullayev əlavə edib.

Dövlət Komitəsinin nümayəndəsi hesab edir ki, bölgədə dini sabitlik hökm sürür. "Onlar elə gücdə deyillər ki, dini durumu pozsunlar. Şimal bölgəsində sabitliyin pozulmasında onların heç bir təsiri yoxdur. Bölgədə yaşayan etniklər yaxşı bilirlər ki separatism hec kimə xeyir gətirmir.Həmin qrupların zərərsizləşdirilməsi üçün güc strukturları lazımi işi aparırlar" - Nurullayev deyib. O əlavə edib ki, həmin dini qruplar Rusiyada, Çeçenistanda qanunsuz hərəkətlər ediblər, cinayət törədiblər və hazırda axtarışdadırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti