...

Azərbaycanın gənclər və idman naziri Pekin Olimpiadasında Fərid Mansurovun yarışlara hazır olmadığını bəyan edib

Cəmiyyət Materials 3 Sentyabr 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın gənclər və idman naziri Pekin Olimpiadasında uğursuz çıxış edən güləşçi Fərid Mansurovun yarışlara hazır olmadığını bəyan edib.

"Mansurov psixoloji baxımdan Olimpiadaya hazır deyildi. Sonra güləşçi xəstələndi və yarışa belə vəziyyətdə çıxdı. Bütün bunlar onun məğlubiyyətinə səbəb oldu", çərşənbə günü jurnalistlərə nazir Azad Rəhimov bildirib.

Mansurov 2004-cü ildə Afinada keçirilən Olimpiadanın qızıl medalını qazanıb. O, Pekində uğursuz çıxış edərək, ilk mərhələdə mübarizəni dayandırıb.

Rəhimov 2012-ci ildə İngiltərənin London şəhərində keçiriləcək Olimpiadada iştirak üçün qılıncoynatma və avarçəkmə idman növlərində yarışan azərbaycanlı idmançılardan lisenziya gözlədiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti