...

Sabah Azərbaycan idmançıları Paralimpiya yarışlarında mübarizəyə qoşulacaqlar

Cəmiyyət Materials 6 Sentyabr 2008 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 sentyabr / Trend , müxbir R.Ergün/ Bu gün Çinin paytaxtı Pekin şəhərində sayca 13 - dəfə keçirilən Paralimpiya oyunlarının açılışı olacaq. Azərbaycan idmançıları mübarizəyə sabah start verəcəklər.

Fiziki cəhətdən qüsurlu idmançılar arasında keçirilən bu yarışlarda Azərbaycanı yeddi atlet, yeddi cüdoçu, üç pauerliftinqçi və bir ağırlıqqaldıran təmsil edəcək.

Paralimpiya yarışlarında qızıl medal qazanan idmançı 200, gümüş medal qazanan 100, bürünc medalın sahibi isə, 50 min manat mükafat əldə edəcək.

Pekin Paralimpiyadası sentyabrın 17-dək davam edəcək.

Yunanıstanın paytaxtı Afinada dörd il əvvəl keçirilən Paralimpiya oyunlarında Azərbaycan idmançıları iki qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti