Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun cinayət işi ilə bağlı istintaq işi davam etdirilir.
Cinayət işinin istintaqı 23 iyun 2008 - ci ildə Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləssinin 221.3 maddəsi ilə davam etdirilir. Mətbuat Şurasından bazar ertəsi Trend -a verilən məlumata əsasən, bu barədə Şuranın İsamayıloğlu ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə Baş İstintaq və Təhqiqat İdarəsinin cavabında bildirilib.
Trend -un arayışı: Mahal İsmayıloğlu iyunun 27- də bağ qonşusu, DİN- in yüksəkrütbəli əməkdaşı Vahid İmanovun xidmətçisinin iyunun 21- də Abşeron RPŞ - yə daxil olan şikayəti əsasında saxlanılıb və sorğu-sual edildikdən sonra buraxılıb. İsmayıloğlu polisə verilməsinin əsas səbəbini "Yeni Müsavat" qəzetinin 7 iyun sayında çıxmış "Göz yaşı silən olaq" başlıqlı yazısı ilə əlaqələndirib.
Cavab məktubunda bildirilib ki, Mahal İsmayıloğlunun istintaq işində nalayiq sözlərlə söyüş, sillə, yumruq, təpiklə bədənin müxtəlif nahiyələrinə vurma və daş parçasını silah qismində istifadə etməklə, kəllə - beyin travması, sol gicgah nahiyəsinin hemotoması və digər xəsarətlər yetirməklə xuliqanlıq etmə faktlarının araşdırma predmetinə çevrilib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]