Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının üzvü Branimir Subaşiçin çıxış etdiyi Serbiyanın "Srvena Zvezda" klubunun düşərgəsi azarkeşlərin hücumuna məruz qalıb. Bu barədə Serbiya mətbuatı məlumat verib.
"Srvena Zvezda"nın həm UEFA kubokunda, həm də Serbiya çempionatında uğursuz çıxış etməsi azarkeşlərin qəzəblənməsinə səbəb olub. Komandanın bir dəstə azarkeşi klubun yerləşdiyi əraziyə hücum edərək, futbolçuların avtomobillərini daşa basıblar.
Serbiya klubunun baş məşqçisi Zdenek Zeman bir neçə gün əvvəl istefaya göndərilib.
Subaşiç Azərbaycan yığmasında hücumçu mövqeyində çıxış edir.
Serb futbolçu "Srvena Zvezda"ya Bakının "Neftçi" klubundan transfer olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]