...

Futbol üzrə Azərbaycan yığması Belarus klubuna məğlub olub

Cəmiyyət Materials 26 Sentyabr 2008 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə 19 yaşlılardan ibarət yığma komandası (U-19) Belarusun "Levadiya" klubu ilə keçirdiyi yoxlama oyununda 2:3 hesabı ilə məğlub olub.

Hazırda Belarusda təlim-məşq toplanışında olan yığma komanda "Levadiya" ilə hazırlıq mərhələsi çərçivəsində görüşüb. Azərbaycan komandasının heyətində hər iki qolu rəqib qapısından Emin Mustafayev keçirib.

Sabah Azərbaycan millisi Belarusun 19 yaşlı futbolçularından ibarət yığma komandası ilə görüşəcək.

Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti