Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi "İnter" klubunu beş min manat cərimə edib. Bu barədə Trend -a AFFA - nın mətbuat xidməti məlumat verib.
"İnter" klubunun əvəzedici komandasının iki məşqçisi - Vəli Hüseynovla Üzeyir İbrahimov "Turan"la oyunda hakimləri təhqir etdikləri üçün dörd oyunluğa cəzalandırılıblar. İntizam Komitəsi məşqçilərin bu hərəkətinə görə, "İnter" klubunu dörd min manat cərimə də edib.
"İnter" klubu "Turan"la görüşdə rəqib oyunçunu təhqir edən futbolçusunun hərəkətinə görə də min manat cərimə olunub.
Hesabında 12 xal olan "İnter" Azərbaycan Premyer - Liqasının turnir cədvəlində 5 - ci yerdədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az