...

Azərbaycanda həbsdə olan baş redaktorun məhkəmə tərkibinə etirazı təmin olunmayıb

Cəmiyyət Materials 6 Oktyabr 2008 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / , müxbir K.Zərbalıyeva/ Azərbaycanda həbsdə olan baş redaktorun məhkəmə tərkibinə etirazı təmin olunmayıb.

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun sabiq bölmə müdiri, "Tolişi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədov və bölmənin sabiq əməkdaşı Elman Quliyevin apellyasiya şikayəti üzrə bazar ertəsi Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkil Ramiz Məmmədovun etirazı məhkəmə sədri tərəfindən qəbul edilməyib.

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri və qəzetin baş redaktoru Məmmədov və qəzetin məsul katibi Elman Quliyev 2007- ci ilin fevralın əvvəllərində həbs olunublar.

Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) və milli, irqi, dini düşmənçiliyi yayma (283-cü) maddələri ilə ittiham olunan Məmmədov 10 il, Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti