...

SMS xatirinə oxuyanları müğənni hesab etmirəm – SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarova

Cəmiyyət Materials 9 Oktyabr 2008 11:28 (UTC +04:00)
SMS xatirinə oxuyanları müğənni hesab etmirəm – SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarova

Azərbaycan, Bakı, 09 oktyabr/ Trend Life , müxbir Eldar Hüseynzadə/ SSRİ-nin xalq artisti, Azərbaycanın əfsanəvi müğənnisi Zeynəb Xanlarova müasir estrada ifaçılarına olduqca sərt münasibət bildirib.

"Bizim vaxtımızda SMS yox idi. Biz səhnəyə çıxırdıq və xalq bizə qiymət verirdi. Mən SMS xatirinə oxuyanları müğənni hesab etmirəm. Pul verib məşhur olmaq olar, amma bir həftəlik. Əlli il müddətinə məşhur olmaq üçün isə özünü səhnəyə həsr etməlisən", - deyə Xanlarova Trend Life-a bildirib.

Onun sözlərinə görə, tamaşaçını yalnız səs və sənət ilə cəlb etmək olar. "Mən yalnız səsimin sayəsində Zeynəb Xanlarova olmuşam. Əsl müğənnini səsindən tanıyarlar. İndi hamı bir-birinə oxşayır. Həm görünüşcə, həm də geyimcə, bunun üçün heç kimi tərifləmək istəmirəm", - deyə Xanlarova əlavə edib.

SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın adı Azərbaycanın XX yüzilliyinin musiqi sənəti tarixinə qızıl hərflərlə yazılıb. O, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" və "Əsli və Kərəm" operalarında Leyli və Əsli, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Ərəb Zəngi və başqa rolları ifa edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti