...

İlin sonuna kino istehsalı ilə bağlı vəziyyət yaxşılaşacaq ї Azərbaycanın mədəniyyət və turizm naziri

Cəmiyyət Materials 10 Oktyabr 2008 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr/ Trend Life, müxbir Eldar Hüseynzadə/

İlin sonuna Azərbaycanda kinematoqrafiya sahəsində vəziyyətin yaxşılaşacağı gözlənilir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin beşillik işin yekunları üzrə cümə günü keçirilən kollegiyasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.

їİlin sonunadək kino istehsalı və nümayişi prosesində ciddi dəyişikliklər gözlənilir. Yaxın vaxtlarda їNizamiї kinoteatrının yenidən qurulmasına dair keçirilən tenderin qalibləri məlum olacaq. Kinoteatrda işləri 18 - 20 ay aparmaq planlaşdırılır. Təmiri artıq, demək olar ki, başa çatan Heydər Əliyev Sarayı sonuncu standartlara müvafiq kinotexnika ilə təchiz ediləcək. İlin sonundək Dövlət Film Fondunun binasının tikintisi başa çatdırılacaqї, - Qarayev bildirib.

Gələn il Cəfər Cabbarlı adına kinostudiyada daha fəal təmir işlərinin aparılacağı gözlənilir. Nazir kinematoqrafiyanın ciddi problemi kimi kinoprokatın faktiki yoxluğunu, yaradıcı kadrların seçimi ilə bağlı problemi göstərib.

Kollegiyada mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə edilib. Dekabrın 2 - 3 - də Bakıda Avropa Şurasının mədəniyyət nazirlərinin, 2009 - cu ilin aprelində isə Avropanın turzim nazirlərinin qurultayının keçiriləcəyi gözlənilir.

Kollegiyanın məsələlərindən biri Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanlarının işinin gücləndirilməsinə toxunub. Son iki - üç ildə onların fəaliyyətinin yaxşılaşması müşahidə edilir. Qarayev nailiyyətlərdən biri kimi aylıq їPəncərəї jurnalının buraxılmasını göstərib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected].

Xəbər lenti

Xəbər lenti