...

Azərbaycanın "Gömrükçü" futbol klubu İranda keçirilən çempionatda ikinci yeri tutub

Cəmiyyət Materials 14 Oktyabr 2008 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadın futbolçulardan ibarət "Gömrükçü" klubu İranın Tehran şəhərində islam ölkələrinin komandaları arasında keçirilən çempionatda ikinci yeri tutub.

Azərbaycan komandası yarışda keçirdiyi beş oyundan dördündə qələbə qazanıb.

"Gömrükçü" çempionatın final oyununda Əlcəzairi təmsil edən komanda ilə görüşərək 1:3 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra Azərbaycan komandası çempionatın qalibi olmaq şansını itirərək, ikinci yerlə kifayətlənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti