...

Azerfon şirkəti Azərbaycanın futbol klubunun prezidentini məhkəməyə verə bilər

Cəmiyyət Materials 23 Oktyabr 2008 16:33 (UTC +04:00)
Azerfon şirkəti Azərbaycanın futbol klubunun prezidentini məhkəməyə verə bilər

Azərbaycan, Bakı, 23 oktyabr / müxbir R.Ergün/ Azerfon şirkəti "Bakılı" futbol klubunun prezidenti Misir Əbilovu məhkəməyə verə bilər. Bu, "Bakılı" klubununu keçmiş baş məşqçisi Nadir Qasımovun və MCR kompaniyasının kommersiya direktoru Nazim Səmədovun iştirakı ilə keçirilən mətbuat konfrnasında məlum olub.

"Biz "Bakılı" klubu ilə sponsorluq yox, sadəcə əməkdaşlıqla bağlı müqavilə bağlamışıq, amma çox təəssüf ki, mətbuatda kimlərsə tərəfindən MCR kompaniyası Azərfon şirkəti kimi təqdim olunub və yanlış informasiyalar verilib. "Bakılı" klubunun prezidentinin Azərfon şirkətinin adını sponsor kimi hallandırılması təsdiqlənərsə, onda Azərfon onu məhkəməyə verə bilər",- mətbuat konfransında Səmədov deyib.

"Bakılı" klubunun prezidenti Misir Əbilov mətbuata açıqlamasında kluba Azərfon şirkəti sponsorluq etdiyini bildirib. Azərfon mobil rabitə xidməti göstərən şirkətdir.

Qasımov isə bildirib ki, "Bakılı" komandası ilə işlədiyi müddətdə məvaçib ala bilməyib.

"Mən "Bakılı" ilə müqaviləmdə nə qədər məvacib yazıldığını bilməmişəm, həm mənə, həm də klubun futbolçularına cüzi məbləğdə pul verilib", - Qasımov əlavə edib.

Mətbuat konfrnası iştirakçıları ilə telefon əlaqəsi yaradan Əbilov məvaciblərin verilməsində problem olmadığını bildirərək, Qasımovun yalan danışdığını deyib.

Hazırda keçirilən Azərbaycan Premyer - Liqasınının əvvəlində "Bakılı" klubu ilə MCR kompaniyası arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Həmin tədbirdə Əbilov "Bakılı" klubunun büdcəsinin 1,5 milyon dollar təşkil etdiyini bildirib. Hazırda hesabında 1 xal olan "Bakılı" klubu Premyer - Liqada sonuncu yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti