...

Azərbaycan məhkəməsi Əbu Bəkr məscidinin fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edib

Cəmiyyət Materials 27 Oktyabr 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı 27 oktyabr / , müxbir K. Zərbalıyeva/ Bakının Nərimanov rayon məhkəməsi Əbu -Bəkr məscidinin açılması və fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edib.

Bu barədə bazar ertəsi Trend -a "Nərimanov rayon dindarları dini icması"nın nümayəndəsi, vəkil Cavanşir Süleymanov bildirib.

Dini icma məscidin fəaliyyətinin bərpası tələbi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia qaldırmışdı.

Bu il avqust ayının 17-də saat 20:50 radələrində Bakı şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən Əbu Bəkr məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib. Məlum hadisədən sonra məsçidin fəaliyyəti müvəqqəti dayandırılmışdı. Məsciddə terror aktının törədilməsində təqsiri olan Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Vəkil deyib ki, məscidin fəaliyyətinin bərpası ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Milli Təhlükəsizlik Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciət olunub. Bütün qurumlar məscidin fəaliyyətinin onlar tərəfindən dayandırılmadığını bildirib.

Bakının Səbayel rayon məhkəməsində Dövlət Komitəsinə qarşı iddia üzrə keçirilən prosesdə cavabdehin nümayəndəsi məscidin fəaliyyətinin onlar tərəfindən dayandırılmadığı barədə rəsmi cavab vermişdi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti