Azərbaycan, Bakı, 29 oktyabr/Trend Life, müxbir Nigar Musayeva/
Azərbaycan Dövlət Filarmoniyasında SSRİ xalq artisti Müslüm Maqomayevlə vida mərasimi davam edir. Bu vaxt ərzində artıq minlərlə insan - həm tanınmış şəxsiyyətlər, həm də bütün yaş kateqoriyasında olan sadə bakılılar burada olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da böyük müğənninin xatirəsini yad etmək məqsədilə vida mərasiminə qatılıb. Dəfn mərasiminə Rusiyadan - Maqomayevin ikinci vətənindən nümayəndələr, rusiyalı jurnalistlər və əlbəttə ki, mərhum müğənninin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya da gəlib. Mərhumun həyat yoldaşı zala Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin müşayiəti ilə daxil olub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected].