...

Azərbaycan şahmatçısı beynəlxalq turnirin dörddə bir finalına vəsiqə qazanıb

Cəmiyyət Materials 29 Oktyabr 2008 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransada keçirilən sürətli şahmat üzrə beynəlxalq turnirdə 1/4 finala yüksəlib. Trend - un məlumatına görə, şahmatçımız altıncı tur çərçivəsində, Norveç qrossmeysteri Maqnus Karlsenlə görüşdə məğlub olub.

Rəcəbov mübarizə apardığı qrupda 4 xalla üçüncü yeri tutaraq, 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qrupda 1- ci yeri 5 xalla Karlsen tutub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti