...

Azərbaycanın "Xəzər-Lənkəran" klubu kapitanının xidmətindən istifadə edə bilməyəcək

Cəmiyyət Materials 29 Oktyabr 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər - Lənkəran" futbol klubunun sabah NBC klubu ilə keçirəcəyi oyuna giriş pulsuz olacaq. Bu barədə Trend - a klubun mətbuat xidmətindən məlumat verilib.

"Xəzər - Lənkəran" sabah Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində, Salyanın NBC klubunu qəbul edəcək. Oyun saat 15.00 - da Lənkəran şəhər stadionunda başlayacaq.

Klub rəhbərliyi stadiona girişi pulsuz etməklə, oyuna azarkeş marağını artırmaq istəyir.

Bu komandalar mövsüm ərzində artıq bir dəfə qarşılaşıblar. Azərbaycan Premyer - Liqasının dördüncü turu çərçivəsində baş tutan oyunda "Xəzər -Lənkəran" 2 :1 hesabı ilə qələbə qazanıb.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, komandanın kapitanı Emin Quliyev cəzalı olduğundan, oyunda iştirak edə bilməyəcək. Baş məşqçinin, əsasən, ehtiyatda qalan futbolçulara şans verəcəyi gözlənilir.

"Xəzər -Lənkəran" ın baş məşqçsi türkiyəli Rasim Karadır.

Bu komandalar ötən mövsüm də Azərbaycan kuboku çərçivəsində üz-üzə gəlib. İki oyunun nəticəsinə görə "Xəzər - Lənkəran" rəqibini asanlıqla turnirdən kənarlaşdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti