...

Otüstü hokkey üzrə Azərbaycan çempionu "qızıl oyun"la müəyyənləşəcək

Cəmiyyət Materials 30 Oktyabr 2008 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir R.Ergün/ Kişilərdən ibarət otüstü hokkey üzrə Azərbaycan çempionatında qalibi müəyyənləşdirmək üçün "qızıl oyun" keçiriləcək. Bu barədə Trend -a Azərbaycan Otüstü Hokkey Federasiyasının (AOHF) mətbuat xidməti məlumat verib.

Çempionatın 6-cı final turunda "Atasport"la "Akkord" arasında keçirilən görüşdə "Atasport" 3:2 hesabı ilə qalib gəlib. Bu oyundan sonra hər iki komandanın xalı bərabərləşdiyi üçün "qızıl oyun"un keçiriləcəyi məlum olub.

Otüstü hokkey üzrə Azərbaycan çempionunun adına aydınlıq gətirəcək "qızıl oyun" noyabrın 1-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti