...

Orta Asiya ölkələrində müasir türk filmlərinin nümayişinə başlanılır

Cəmiyyət Materials 1 Noyabr 2008 04:36 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 1 noyabr  / Trend R.Məşədihəsənli/ Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər nazirliyinin, Peşəkar kinomatoqraflar ittifaqı olan SİNEBİR-in, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) və TÜRKSOY-un nümayəndələri müasir türk filmləri ilə Orta Asiya ölkələrinə səyahətə çıxıblar.

Bu barədə Trend müxbirinə məlumat verən TİKA Qırğızıstan proqram əlaqələndiricisi Bəkir Dəmir deyib ki, Orta Asiya respublikaları ilə tarixi, mədəni və sosial münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıq imkanları və birgə layihələr yaradılmasına xidmət edəcək "Türkiyədən film var" adlı film nümayişi noyabrın 1-dən 4-dək Bişkekdə həyata keçiriləcək.

Türk filmləri içərisində son illərdə Kann, Montpellier, Seul, Pune, Hüston, Selanik və San Sebestian kimi Beynəlxalq festivallarda mükafatlara layiq görülmüş ekran əsərləri var.

Dəmirin sözlərinə görə, "Türkiyədən film var" proqramının açılışında Ç.Aytmatovun "Selvi boylum al yazmalım" filmi nümayiş etdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti