Azərbaycan, Bakı, 04 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi "Bakı" və "Nefçi" klublarının hər birini min manat cərimə edib.
Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən MOİK-lə oyunda "Neftçi"nin dörd futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün, klub min manat cərimə olunub.
Kubokun 1/8 final mərhələsində "Qafqaz Universiteti" komandası ilə görüşdə "Bakı"nın da dörd futbolçusu sarı vərəqə aldığı üçün, klub min manat cərimələnib.
"Neftçi" MOİK-lə görüşdə 2:1 hesabı ilə qələbə qazanıb. "Bakı" isə "Qafqaz İniversiteti"ni 10:0 hesabı ilə məğlub edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]