...

"Qalatasaray" UEFA Kubokunun qrup mərhələsi çərçivəsində Portuqaliyanın "Benfika" klubunu məğlub edib

Cəmiyyət Materials 7 Noyabr 2008 02:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr / Trend / UEFA Kubokunun qrup mərhələsinin ikinçi turunun oyunları başa çatıb. B qrupunda Portuqaliyanın "Benfika" klubu İstanbulun "Qalatasaray" klubunu qəbul edib. Bu oyunda meydan sahibləri qonaqlar qarşısında aciz qalıblar. Qolların ikisi də matçın ikinci yarısında vurulub. Öncə Əmrə Aşık (51), sonra isə Ümit Karan (69) fərqlənib.

Digər oyunların nəticələri:

Mançester Siti - Tvente 3:2

Rasinq - Şalke 1:1

Standard - Sevilya 1:0

Milan - Braqa 1:0

Ayaks - Jilina 1:0

Slaviya - Aston Villa 0:1

Sent-Etyenn - Rusenborq 3:0

Tottenhem - Dinamo Zaqreb 4:0

Metallist - Herta 0:0

Ştutqart - Partizan 2:0

Volfsburq - Herenven 5:1

Lex - Nansi 2:2

Feyenord - ÜSKA 1:3

Spartak - Udineze 1:2

Valensiya - Kopenhagen 1:1

Xəbər lenti

Xəbər lenti