...

Azərbaycanın "Araz" futzal klubu sabah UEFA kubokunun elit raundunda ilk oyununu keçirəcək

Cəmiyyət Materials 7 Noyabr 2008 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr/ Trend , müxbir R.Ergün/ Sabah Azərbaycanın "Araz" futzal klubu UEFA kubokunun elit raundunda ilk oyununu keçirəcək.

Azərbaycan futzalçıları ilk oyunlarını Xorvatiyanın "Nasional" klubuna qarşı keçirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

"Araz" noyabrın 9-da "Dinamo" (Rusiya), noyabrın 11-də isə "Odorheu" (Rumıniya) ilə görüşəcək.

Azərbaycan klubunun çıxış etdiyi qrupun oyunları Xorvatiyada keçiriləcək.

"Araz"ın baş məşqçisi Böyükağa Hacıyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti