...

Trend Xəbərlər Şirkətinin təşkilatçılığı ilə mini-futbol üzrə "Aznet" Kubokuna start verilib

Cəmiyyət Materials 7 Noyabr 2008 12:57 (UTC +04:00)
Trend Xəbərlər Şirkətinin təşkilatçılığı ilə mini-futbol üzrə "Aznet" Kubokuna start verilib

Azərbaycan, Bakı, 07 noyabr/ Trend , müxbir R.Ergün/ Trend Xəbər Agentliyinin mətbuat zalında Azərbaycanın İnternet portalları arasında təşkil olunan ənənəvi "Aznet" Kubokunun püşkatma mərasimi keçirilib.

Püşkatmadan sonra mini-futbol üzrə "Aznet" Kubokunda mübarizə aparacaq komandaların hansı qruplarda çıxış edəcəkləri, oyunların başlama vaxtları müəyyən olunub.

"Aznet" Kuboku uğrunda 16 komanda 4 qrupda mübarizə aparacaq.

A qrupu: Trend, Əyləncə, RİM, Ümid.

B qrupu: Novosti, Statoil, Armada, Rapid Solution.

C qrupu: NİSA, Azərsell, Azəri Fans, İqtisadi İnkişaf Nazirliyi.

D qrupu: TİD Kolsunting, Baku Reds, Smart, Azərisport.

Sabah keçiriləcək açılış oyununda Trend lə "Əyləncə" görüşəcək. Oyun saat 16.00-da başlayacaq.

Günün digər oyunlarında RİM "Ümid"lə (saat 17.00), "Novosti" isə "Statoil"lə (18.00) görüşəcək.

"Aznet" Kubokunun oyunları "Olimpik Star" idman kompleksində keçiriləcək.

"Aznet" Kubokunun sponsoru "Rest" restoranıdır.

Türnirin informasiya dəstəyi üzrə tərəfdaşları Trend ( www.trend.az ), "AzəriSport" ( www.azerisport.com), "The First News" ( www.1news.az ), "extratime.az" ( www.extratime.az) və "Novosti Azerbaydjan"dır ( www.novosti.az ).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti