Azərbaycan, Bakı, 15 noyabr/ Trend Life , müxbir Eldar Huseynzadə/ Tanınmış Azərbaycan dirijoru, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov noyabrın 21-də Türkiyənin Bursa şəhərində konsert verəcək. Trend Life-ın verdiyi xəbərə görə, dirijor "Fetiya" Mədəniyyət Mərkəzinin zalında çoxdan əməkdaşlıq etdiyi Bursa Dövlət Simfonik Orkestri ilə çıxış edəcək. Konsert həm də dünya üzrə görkəmli bəstəkar Feliks Mendelsounun gələn il keçiriləcək 200 illik yubileyinə həsr olunacaq. Türkiyədə keçirilən ilk konsertdə onun Hüqonun əsəri əsasında bəstələdiyi "Ryui Blak" əsəri səsləndiriləcək. Kərimovun rəhbərlik etdiyi orkestr həmçinin Pyotr Çaykovskinin 6 nömrəli "Patetiçeski" simfoniyasını ifa edəcək. Konsertdə tanınmış rumın musiqiçilərinin çıxışı da gözlənilir. Onlar Vivaldi və Qeorqa Nerudanın əsərlərini ifa edəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]