Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir R.Ergün/ Noyabrın 19-da Bakıda futbol üzrə Albaniya yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Azərbaycan yığmasına "Xəzər-Lənkəran" klubundan dəvət olunan qapıçı Kamran Ağayevin anası vəfat etdiyi üçün, onu "Neftçi"nin oyunçusu Anar Nəzirov əvəz edib.
Azərbaycanla Albaniya arasındakı oyun saat 20.00-da başlayacaq.
Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]