...

Azərbaycanın baritonu Elçin Əzizov Böyük Teatrın solisti kimi "Karmen" operasında ilk dəfə çıxış eib

Cəmiyyət Materials 21 Noyabr 2008 03:02 (UTC +04:00)

Rusiya, Moskva, 21 noyabr/ Trend , müxbir R.Ağayev/ Azərbaycanın baritonu Elçin Əzizov Moskvada Böyük Teatrın solisti kimi Jorj Bizenin "Karmen" operasının dörd hərəkətində toreador Eskamilio rolunda ilk dəfə çıxış eib. Tamaşaçılar arasında çox saylı rusiya və azərbaycan içtimayyətinin və mədəniyyət dairələrinin nümayəndələri var idi.

Hələ opera başlamazdan əvvəl çıxış edən Azərbaycanın Rusiyada səfiri Polad Bülbül oğlu xüsusilə vurğuladı ki, birinci dəfədir ki, azərbaycanlı dəvət olunan ifaçı kimi yox, məhz Böyük Teatrın solistidir, bu isə böyük şərəfdir.

Polad Bülbül oğlunun sözlərinə görə, Azərbaycan və Rusiya öz nailiyyətlərilə mədəniyyətin və incəsənədin müxtəlif sahələrində məhşur olub və olacaqlar. Konkret nümunələr birgə əməkdaşlığın bariz nümunəsi kimi iki xalqın mədəniyyətlərinin bəhrələnməsinə və inkişafına təkan verir. "Elçin Əzizovun Böyük Teatrın səhnəsində çıxışı bizim hamımız üçün əlamətdar hadisədir. Biz fəxr edirik ki, Elçin Əzizov Azərbaycanı, artıq indi isə Rusiyanı təmsil edir", səfir qeyd edib.

Elcin ?zizov Bak?da anadan olub. ADMIU-nin rejissorluq fakult?sind?, Bak? Musiqi Akamediyas?n?n vokal sob?sind?, "Motsareum" Universitetinin yay Akademiyas?nda t?hsil al?b. 2007-ci ild?n Qalina Visnevskayan?n opera studiyas?nda cal?s?b. Muxt?lif opera tamasalar?nda istirak edib, filml?r? c?kilib. Rusiya istehsal? olan "Turistl?r" serial?nda (Lean-M, Ren TV, 2005, Rusiya) Jan rolunu ifa edib. Bulbul ad?na 3-cu Beyn?lxalq Musabiq?nin (2005) laureat?, Motsart 9-cu Beyn?lxalq Musabiq?nin finalc?s? (2006, Zaltsburq), Beyn?lxalq Musiqi Xadiml?ri Ittifaq?n?n mufatakc?s?d?r (2006, Moskva).

Xəbər lenti

Xəbər lenti