Azərbaycan, Bakı, 22 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Ümumdünya Şahmat Olimpiadasında Xorvatiya millisini məğlub edib.
Azərbaycan yığmasının heyətində Teymur Rəcəbov, Vüqar Həşimov və Rauf Məmmədov heç-heçə ediblər. Qədir Hüseynov isə, Robert Zelçiçi məğlub etməklə, Azərbaycan millisinin ümümi hesabda qələbəsini təmin edib - 2,5:1,5.
Azərbaycanın qadınlardan ibarət şahmat üzrə yığma komandası Ermənistanla görüşdə acınacaqlı məğlubiyyətlə üzləşib - 0:4.
Ümumdünya Şahmat Olimpiadasının 8 - ci turundan sonra Azərbaycanın kişilərdən ibarət yığma komandası 5 - ci yeri tutur. Birinci yerdə Ermənistan millisidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]