Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir R.Ergün/ Ağasəlim Mircavadov Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun baş məşqçisi vəzifəsinə təklif alması ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
Trend -un arayışı: Bazar günü "Qarabağ"a 1:3 hesabı ilə məğlub olan "Xəzər-Lənkəran"ın türkiyəli baş məşqçisi Rasim Kara istefa verib. Bundan sonra Mircavadovla yanaşı, "Beşiktaş"ın keçmiş baş məşqçisi Ərtoğrul Sağlam, Ukraynanın "Şaxtyor" klubunun rumıniyalı baş məşqçisi Mirça Luçeskunun komandaya rəhbərlik edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
"Xəzər-Lənkəran"ın baş məşqçisi olmaq barədə heç bir təklif almamışam. Klub rəhbərlərindən heç kiminlə bu barədə söhbət etməmişəm", - çərşənbə günü Mircavadov Peşəkar Futbol Liqasının rəsmi saytına bildirib.
Mircavadov bu ilin avqust ayına qədər "Xəzər-Lənkəran"ın baş məşqçisi olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]