...

"Birlik Kuboku"nun oyunlarını idarə edəcək azərbaycanlı hakimin adı məlum olub

Cəmiyyət Materials 10 Dekabr 2008 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbol hakimi Vüsal Əliyev 2009 - cu ilin yanvarında Rusiyada keçiriləcək "Birlik Kuboku"nun oyunlarını idarə edəcək.

Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

"Birlik Kuboku"nun oyunları yanvarın 17- dən 25 - dək Moskvada keçirilcək.

"Birlik Kuboku"nda Azərbaycanı Bakının "İnter" klubu təmsil edəcək.

"İnter" turnirin qrup mərhələsində "Dordoy-Dinamo" (Qırğızıstan), "İnter" (Finlandiya) və "Ventspils" (Latviya) klubları ilə qarşılaşacaq.

Ötən mövsüm Azərbaycan çempionu olmuş komanda bu mövsümdə Premyer - Liqanın birinci dövrəsini 31 xalla 1 - ci pillədə başa vurub.

"İnter"in baş məşqçisi ukraynalı Valentin Xodukindir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti