...

Futbol üzrə Azərbaycan yığma komandası Rusiya millisi ilə qarşılaşacaq

Cəmiyyət Materials 12 Dekabr 2008 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir R.Ergün/ 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığma komandası (U-19) 2009- cu il yanvarın 4 -12- də Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək. Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

8 komandanın mübarizə aparacağı turnirdə U-19 A qrupunda oynayacaq. Milli komanda 1/4 final mərhələsinə vəsiqə qazanmaq uğrunda Rusiya, Çili və Belarus komandaları ilə qarşılaşacaq.

Azərbaycan millisi ilk oyunu yanvarın 5- də Belarusla . iki gün sonra Rusiya millisi ilə keçirəcək. U-19 qrup mərhələsində son oyunu yanvarın 9- da Çili komandası ilə qarşılaşacaq .

Bütün oyunlar "Peterburqski" İdman Konsert Kompleksində keçiriləcək.

Turnirdə Türkiyə, Belçika, Latviya və Ukraynanın U -19 komandaları da iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti