...

Azərbaycan yığma komandasının qapıçısı karyerasını "Qarabağ" da başa vurmaq istəyir

Cəmiyyət Materials 15 Dekabr 2008 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının qapıçısı Fərhad Vəliyev karyerasını "Qarabağ" klubunda başa vurmaq istəyir.

"Qarabağ" da futbola verilən qiymət başqalarından fərqlənir. Pul mənim üçün heç vaxt əsasəməsələ olmayıb. Bütün klublara hörmət edirəm. Amma karyeramı "Qarabağ"da başa vurmaq istərdim",- klubun saytına müsahibəsində Vəliyev deyib.

Vəliyev "Qarabağ" klubu ilə yanaşı, Azərbaycan yığma komandasının da əsas qapıçılarından sayılır. 28 yaşlı futbolçu "Qarabağ"dan əvvəl "Gənclərbirliyi" və "İnter" klublarında çıxış edib.

Qapıçı bildirib ki, ötən il karyerasını xaricdə davam etdirmək variantı olsa da, o, "Qarabağ"da qalmağa üstünlük verib.

"Ötən il Türkiyənin "Kartalspor" klubundan təklif almışdım, amma "Qarabağ"da qalmağa üstünlük verdim", - deyə Vəliyev əlavə edib.

Vəliyev Azərbaycan Premyer-Liqasında çempionluğa əsas namizəd kimi "İnter" komandasını gördüyünü deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti