...

Futbol üzrə Azərbaycan yığma komandası yoxlama oyununda qalib gəlib

Cəmiyyət Materials 22 Dekabr 2008 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir R.Ergün/ 21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığma komandası (U -21) yoxlama oyununda qələbə qazanıb. Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.

Sumqayıtın Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən oyunda U - 21 "Bakı" klubunun ikinci heyətinə 2:1 hesabı ilə qalib gəlib.

U-21-in qollarını Maksim Medvedyev və Bəxtiyar Soltanov vurublar.

Soltanov "Bakı" klubunun əsas heyətində çıxış edir. Futbol üzrə Azərbaycan Premyer-Liqasının birinci dövrəsində 4 qol vurub.

U-21-in baş məşqçisi almaniyalı Bernhard Lippertdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti