...

Gələn ilin əvvəlində Azərbaycanda Futbol Akademiyasının açılışı olacaq

Cəmiyyət Materials 23 Dekabr 2008 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir R.Ergün/ Gələn ilin ilk ayında Futbol Akademiyasının açılışı olacaq, - çərşənbə axşamı jurnalistlərə Azərbaycan Futbol Federasiyalarının Asossasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev bildirib.

UEFA prezidenti Mişel Platini iyul ayında Azərbaycana səfəri zamanı Futbol Akademiyasının inşası ilə tanış olub. Jurnalistlərin suallarını cavablandıran Platini bildirib ki, UEFA bu layihənin icrası üçün müəyyən məbləğdə vəsait ayırıb.

AFFA rəsmiləri dekabrın əvvəllərində, Almaniyanın Nürnberq şəhərindəki Futbol Akademiyasının iş prinsipi ilə tanışlıq, akademiyada tətbiq edilən tədris sistemini öyrənmək məqsədilə, həmin ölkəyə səfər etmişdilər.

Abdullayev deyib ki, Azərbaycan futbolu doğru yoldadır. "Bu gün Azərbaycan futbolunun inkişafı üçün görülən işlərdən razıyam," - AFFA prezidenti əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti