...

Azərbaycanda uşaq haqqlarının mudafiəsi üzrə tədbirlər planı hazırlanacaq - Dövlət Komitəsi

Cəmiyyət Materials 29 Dekabr 2008 15:43 (UTC +04:00)
Azərbaycanda uşaq haqqlarının mudafiəsi üzrə tədbirlər planı hazırlanacaq - Dövlət Komitəsi

Azərbaycan, Bakı, 29 dekabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsindəki problemlər həll edilməmiş qalır.

"İnkişafda olan Azərbaycanda uşaqların hüquqları sahəsində olduqca az problem olmalıdır. Təəssüf ki, bu gün uşaq evlərində hər iki valideyni olan uşaqlar tərbiyə olunur, əksər uşaqlar  küçələrdə yaşayırlar", - Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bazar ertəsi jurnalistlərə bildirib.

Azərbaycanda ciddi problemlər uşaqların sağlamlığı, təhsil almaları və onların hüquqları ilə bağlıdır, - Hüseynova deyib.

Azərbaycan prezidentinin sərəncamına əsasən, 2009-cu  il "Uşaq ili" elan edilib. Ay ərzində Azərbaycanın səhiyyə, gənclər və idman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət orqanları 2009-cu ildə respublikada "Uşaq ili"nin keçirilməsi barədə tədbirlər planını təqdim etməlidirlər.

Dövlət Komitəsi yanında Işçi Qrupu yanvarda 2009-cu il üçün tədbirlər planını hazırlayacaq. "İşçi Qrupuna  bir sıra dövlət qurumlarının nümayəndələri daxil edilib. Onların təkliflərinin əsasında prezidentə təqdim ediləcək təkliflər planı hazırlanacaq", - Dövlət Komitəsinin sədri bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti