...

Azərbayçanda futbolçuların yaşının saxtalaşdırılmasına qarşı mübarizə aparan yoxdur – "Bakı" klubunun məşqçisi

Cəmiyyət Materials 7 Yanvar 2009 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubunun uşaq və yeniyetmə futbolçulardan ibarət komandalarının türkiyəli baş məşqçisi Yüksəl Kepoğlu oyunçuların  təvəllüd tarixlərinin saxtalaşdırılmasına qarşı mübarizə aparılmamasından narazılıq edib.

"Burada uşaqların yaşlarının saxtalaşdırılmasına qarşı məndən başqa  mübarizə aparan bir adam görmürəm. Düzdür, son zamanlar AFFA-da bununla bağlı xüsusi bir qurumun yaradıldığını eşitmişəm. Onlara bu işdə uğurlar arzu edirəm", -Kepoğlu çərşənbə günü klubun rəsmi saytına açıqlamasında deyib.

Kepoğlu belə halların qarşısını almaq üçün uşaqlar arasında keçirilən yarışlarda mükafat sistemini ləğv etməyi təklif edib.

"Fikrimcə, bu problemdən çıxış yolu uşaqlar üçün təşkil edilən yarışlarda yer tutma sistemini ləğv etməkdir. Bu halda heç bir klub futbolçuların yaşını süni  şəkildə azaltmaqda maraqlı olmaz. Futbol uşaqlar üçün əyləncəyə çevirilər".

Kepoğlu 2008-ci ilin yayında "Bakı"nın uşaq və yeniyetmə futbolçulardan ibarət komandalarının baş məşqçisi təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti