...

Azərbaycanın voleybol yığması İsrail millisini məğlub edib

Cəmiyyət Materials 9 Yanvar 2009 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın gənc qızlardan ibarət voleybol üzrə yığma komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində görüşdüyü İsrail millisini məğlub edib.

Türkiyənin Antalya şəhərində keçirilən oyunda Azərbaycan komandası rəqibini 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu Slovakiya yığmasına qarşı keçirərək 3:2 hesabı ilə qələbə qazanıb.

Azərbaycanın voleybol yığması bu gün Türkiyə komandası ilə görüşəcək.

Yığma komandanın baş məşqçisi Feliks Məmmədovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti