...

Azərbaycanın "Karvan" klubu Gürcüstandan olan futbolçuları geri qaytarıb

Cəmiyyət Materials 13 Yanvar 2009 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Karvan" klubunda baxışdan keçən Gürcüstandan olan futbolçular bəyənilməyərək geri qaytarılıblar. Bu barədə Trend -a "Karvan" klubunun mətbuat xidməti məlumat verib.

"Karvan"ın bu gün "İnter" klubunun ikinci heyəti ilə  keçirdiyi yoxlama oyununda iştirak edən iki gürcü futbolçu görüşdən sonra komandadan kənarlaşdırılıb.

"Karvan"ın 2:1 hesabı ilə qələbə qazandığı oyunda qolları Mixael Mesxi ilə Ernani Pereyra vurub.

Yevlaxı təmsilə edən "Karvan" yanvarın 16-da təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə gedəcək.

Komandanın baş məşqçisi Yunis Hüseynovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti