Azərbaycan, Bakı, 26 yanvar/ Trend , müxbir R.Ergün/ Sabah Bakıdakı "Olimp" İdman Mərkəzində kişilər və qadınlar arasında stolüstü tennis üzrə Azərbaycan kuboku uğrunda yarışlara start veriləcək. Bu barədə Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.
Stolüstü tennis yarışlarında 100-ə yaxın idmançının mübarizə aparacağı gözlənilir.
Azərbaycan kuboku uğrunda yarışlar 3 gün davam edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]