...

Azərbaycan və Küveyt futbol yığmalarının oynayacağı stadionun adı məlum olub

Cəmiyyət Materials 10 Fevral 2009 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının Küveyt millisi ilə keçirəcəyi yoxlama oyununun başlama vaxtı və görüşün keçiriləcəyi stadionun adı məlum olub. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Azərbaycan millisi ilə Küveyt komandası arasında oyun Küveytin Əl-Küveyt şəhərində yerləşən "National" stadionunda keçiriləcək.
Oyun sabah, Bakı vaxtı ilə saat 19.15-də başlayacaq.
Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti