...

"Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan" beynəlxalq simpozium keçiriləcək

Cəmiyyət Materials 10 Fevral 2009 22:58 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 10 fevral / Trend müxbir E.Məmmədov/ Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bu gün ""Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan" mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, beynəlxalq simpozium bu ilin aprelində Naxçıvan şəhərində keçiriləcək.

Qeyd edək ki, yaxın 5 il ərzində Nuh peyğəmbər və dünya tufanının Naxçıvanla bağlılığını iddia edən 20-dən çox kitab, monoqrafiya, 120-dən çox elmi məqalə dərc olunub.

Tədqiqatlar nəticəsində Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstu türbəsinin yeri müəyyənləşdirilib və həmin yerdə abidə bərpa olunub.

Xəbər lenti

Xəbər lenti