...

Azərbaycan Ombudsmanı illik məruzəsini Prezidentə təqdim edib

Cəmiyyət Materials 27 Fevral 2009 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir K.Zərbalıyeva / Azərbaycan Ombudsmanı "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2008-ci il üzrə illik məruzəsini Prezidentə və Milli Məclisə təqdim edib, - cümə günü Ombudsman Aparatının mətbuat xidmətindən Trend -a məlumat verilib.

Müvəkkilin illik məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş Prokurora da göndərilir.

Məruzə Milli Məclisin iclasında dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədilə qəzetdə, "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda və digər mətbu orqanlarda dərc olunacaq.

İllik məruzədə, Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş ümumiləşdirilmiş təklif və tövsiyələri öz əksini tapıb.

İllik məruzə yaxın günlərdə Milli Məclisin iclasında dinləniləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti